Salyanda ikimərtəbəli ev yanıb

Salyanda ikimərtəbəli ev yanıb
  06 Mart 2020    Oxunub:2313
Salyan rayonu, Xələc kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 160 m2 olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti