Qusarda qardaş qardaşını qətlə yetirib

  05 Mart 2020    Oxunub : 1196
Qusarda qardaş qardaşını qətlə yetirib
Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Qusar   Qardaş   Qətl