Milli Məclis bu gün tətilə çıxır

Milli Məclis bu gün tətilə çıxır
  27 Dekabr 2013    Oxunub:1522
Bu gün Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bugünkü iclasdan sonra millət vəkilləri tətilə çıxaracaq.

İclasın gündəliyinə 29 məsələ daxildir. Bunlar Ombudsmanın, Ali Məhkəmə sədrinin, hakimlərinin, Konstitusiya Məhkəməsi hakimlərinin aylıq vəzifə maaşlarının artımı ilə bağlı sənədlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə bağlı bir neçə sənədə dəyişikliklər, Cinayət və Mülki məcəllələrə dəyişiklər və daha bir sıra qanunlara dəyişiklər, eləcə də “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin təsdiqi ilə bağlıdır.

Bu gün keçiriləcək iclasda həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət də qəbul olunacaq.

A.Rüstəmov


Teqlər:  





Xəbər lenti