Goranboyada fermadan oğurluq edilib

Goranboyada fermadan oğurluq edilib
  06 Mart 2020    Oxunub:1609
Goranboy rayonunda oğurluq hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Xoylu kənd sakini Abbas Səfərov ona məxsus, ümumi dəyəri 960 manat olan, 6 baş xırdabuynuzlu heyvanın kənd ərazisindəki fermasından oğurlandığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 2 mart 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları fermadan Goranboy rayon Şadılı kənd sakinləri, 28 yaşlı Fərid Cəfərov və 25 yaşlı Telman İsgəndərov oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti