Qusarda qardaşını öldürən şəxs tutuldu

  06 Mart 2020    Oxunub : 1333
Qusarda qardaşını öldürən şəxs tutuldu
Qusar rayonunda qardaşın doğma qardaşı bıçaqlayıb öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. O bildirib ki, martın 5-də saat 18 radələrində Qusar rayonunda 1970-ci il təvəllüdlü Raul Orucovun 1972-ci il təvəllüdlü qardaşı Kəmran Orucovu öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla Qusar rayon sakini Raul Orucovun aralarında yaranmış mübahisə zamanı qardaşı K.Orucova bıçaqla zərbə yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

R.Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

O, müdafiəçinin iştirakı ilə dindirilərkən qardaşını qəsdən öldürdüyünü etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Qətl