AXCP ilə Müsavat arasında İbrahimbəyov davası

AXCP ilə Müsavat arasında İbrahimbəyov davası
  27 Dekabr 2013    Oxunub:1130
Kinodramaturq Rüstəm İbrtahimbəyovun fəxri sədrlikdən istefa verməsi Milli Şura üzvləri arasında qalmaqala səbəb olub.

AzVision.az xəbər verir ki, şura üzvləri İbrahimbəyovun istefa qərarını müzakirəyə çıxararaq sərt münasibət bildiriblər. Kinodramaturqun istefası AXCP və Müsavat təmsilçiləri arasında münasibətləri daha da kəskinləşdirib.

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli İbrahimbəyovun istefasında AXCP sədrini Əli Kərimlini ittiham edib.

“Əli Kərimlinin fəxri sədri müxalifətdən istefa verdi? Başqana qulaq asmayan başını bulaya-bulaya qalar!”.

Mustafa Hacıbəylinin Rüstəm İbrahimbəyovun istefasına reaksiyası bununla bitmir. O, bu mövzuda yazılan digər paylaşımlara yazdığı rəylərdə də fikirlərini bölüşüb:

“Separat sövdələşmə ilə Rüstəm bəyi sadəcə Müsavata qarşı qoymaq məqsədilə onu fəxri sədrliyə məcbur etməsəydilər, bu gərginlik və istefa olmazdı”.

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı isə bu mövzuda yazdığı statusda Müsavatı birliyi pozmamağa çağırıb:

“Camaat facebookda Qarabağ qazisindən yazır. Mustafa Hacıbəyli yazır ki, Əli Kərimlinin fəxri sədri getdi. Vaxtilə Şahvələd Çobanoğlunu da İctimai Palatadan “qəzeti olmayan redaktor” deyib uzaqlaşdırmışlar. İndi fəxri sədr Rüstəm İbrahimbəyov istefa verdi ki, Müsavat Demokratik Qüvvələrin Milli Şurasından getməsin. Hamı – Elçibəydən Əli Kərimkiyə, Rüstəm İbrahimbəyovdan Cəmil Həsənliyə qədər hər kəs birliyi qorumaq üçün güzəştə gedir. Ümid edirəm ki, İsa Qəmbər və müsavatçılar birlik məsələsində hamı ilə bir olacaq”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun istefasının səbəbini Müsavat Partiyası ilə bağlayıb:

“Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti