Bakıda restorandan oğurluq edilib

  06 Mart 2020    Oxunub : 1301
Bakıda restorandan oğurluq edilib
Bakının Xətai rayonu ərazisində oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 26-da Xətai rayon ərazisindəki restoranların birindən 9000 manat dəyərində 5 ədəd televizor, 1 ədəd proyektor lövhəsi və mobil telefon aksesuarı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Zeynalov Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN