Siyəzəndə yük maşını qəzaya düşüb

  06 Mart 2020    Oxunub : 1312
Siyəzəndə yük maşını qəzaya düşüb
Siyəzən rayonunun Yenikənd kəndində "Shachman" markalı yük avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza