Bakıda müxtəlif təyinatlı obyektlərdə yanğın olub

Bakıda müxtəlif təyinatlı obyektlərdə yanğın olub
  07 Mart 2020    Oxunub:1947
Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti