Bakı polisi axtarışda olan 21 nəfəri saxladı

   Bakı polisi axtarışda olan 21 nəfəri saxladı
  07 Mart 2020    Oxunub:2349
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-də 34 cinayətin üstü açılıb.

Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti