Polisə yalan məlumat verən qadının fırıldağı üzə çıxdı

  07 Mart 2020    Oxunub : 1110
 Polisə yalan məlumat verən qadının fırıldağı üzə çıxdı
Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2150 manat, 2000 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyalarını apardıqlarını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmayıb.

O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf edib.

Azvision.az

Teqlər: DİN