Axtarışda olan 45 nəfər saxlanıldı

Axtarışda olan 45 nəfər saxlanıldı
  07 Mart 2020    Oxunub:1642
Ötən gün törədilmiş 28 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti