Bakıda cibgir tutuldu

Bakıda cibgir tutuldu
  07 Mart 2020    Oxunub:2544
Polis əməkdaşları Bakı sakininin pulqabısını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbiri nəticəsində R.Əliyevin içərisində 2 800 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti