Abşeronda ev qarət edilib

Abşeronda ev qarət edilib
  07 Mart 2020    Oxunub:1737
Abşeronda evdən pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində elektrik avadanlıqları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş O. Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti