Ağcabədidə 23 yaşlı oğlan kanalda batıb

  07 Mart 2020    Oxunub : 1723
Ağcabədidə 23 yaşlı oğlan kanalda batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1997-ci il təvəllüdlü Bayramov Muxtar Namiq oğlunun batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azvision.az

Teqlər: FHN   Kanal