Polis gücləndirilmiş iş rejiminə keçdi - ƏMR

Polis gücləndirilmiş iş rejiminə keçdi - ƏMR
  27 Dekabr 2013    Oxunub:1977
Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir
"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" bayramı günlərində tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasınin daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildiriblər.
Əmrdə 2013-cü dekabr ayının 31-dən 2014-cü il yanvar ayının 7-dək DİN-in Aparatının, ona bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyətinin gücləndirilmiş iş variantına keçirilməsi tələb olunur.

Eyni zamanda, hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post partul naryadlarının sıxlığının artırılması, su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, Metropolitendə və digər strateji obyektlərdə mühafizənin gücləndirilməsi tələb olunur.


Teqlər:  





Xəbər lenti