Mingəçevirdə məktəbdə yanğın olub

  09 Mart 2020    Oxunub : 1521
Mingəçevirdə məktəbdə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Azvision.az


Teqlər: FHN