Gəncədə yeni flaşmob - FOTOSESSİYA

Gəncədə yeni flaşmob - FOTOSESSİYA
  27 Dekabr 2013    Oxunub:2549
Gecələri gündüzləri kimi çıraqban olan və nur selinə bürünən Gəncə 26 dekabr tarixində çox əlamətdar bir gün yaşadı.

Gəncəli gənclər şəhərin mərkəzi meydanında bir araya gələrək, “Avropa Gənclər paytaxtı 2016” yazısını flashmob ediblər. Bundan sonra gənclər meydan boyu milli rəqslər oynayıb, “Yallı” gedib, əyləncələr keçiriblər. Onların yüksək əhval-ruhiyyədə və coşqu ilə axşamadək davam edən möhtəşəm şənlikləri meydana toplaşan bütün şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanıb.

Gənclərin qalibiyyət şənliklərini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ali məktəb rektorları, müəssisə və təşkilat rəhbərləri maraqla müşahidə ediblər.
“Gəncə gəncləri bu gün möhtəşəm qələbənin qürurunu yaşayırlar. Bu şəhər həqiqətən də gənclər mərkəzi olduğunu isbatladı. Gəncə Azərbaycan gənclərinin döyünən ürəyidir”-bu sözləri Bakı şəhərindən gələn Gənclər təşkilatlarının sədrləri söyləyiblər.

Qalereya




Teqlər:  





Xəbər lenti