““Binə”dəki yanğınlar araşdırılmalıdır” - Deputat

““Binə”dəki yanğınlar araşdırılmalıdır” - Deputat
  27 Dekabr 2013    Oxunub:953
Millət vəkili Zahid Oruc Binə Ticarət Mərkəzində baş verən yanğın hadisəsinə münasibət bildirib.
Milli Məclisin iclasında çıxış edən millət vəkili Zahid Oruc Azərbaycan xalqını yeni il və həmrəylik günü münasibətilə təbrik edib.

Z. Oruc təbrikin ardınca Binə ticarət mərkəzində baş verən yanğına toxunub: “Uzun illər ərzində bu proses artıq ənənə halını alıb. Artıq insanlarda belə bir düşüncə yaranıb ki, belə yanğınlar elektrik enerjisində qısa qapanma halının baş verməsindən deyil, sahibkarlıq subyektlərində hökm sürən vəziyyətlə birbaşa bağlıdır. Burada təəssüfedici məqam ondan ibarətdir ki, onlarla insana maddi ziyan dəyir. Parlamentdə çıxışlarım zamanı qeyd etmişdim ki, istər Binə, istərsə də Sədərək Ticarət Mərkəzində qanunsuzluq baş alıb gedir. Bir sıra hallada isə orada feodal münasibətlər hökm sürür. Bununla yanaşı orada heç bir hüquqi münasibət yoxdur. Sahibkarlar da buna qarşı çıxanda onları əzib otuzdururlar. Yeni il ərəfəsində İqtisadi İnkişaf Nazirliyinə mövcud məsələ ilə bağlı müraciət edirəm ki, monitorinqlər təşkil etsin və hökm sürən vəziyyəti ölkə başçısına məruzə etsin.

Prezident İlham Əliyevin məmurlara etdiyi xəbərdarlıq inanıram ki, öz töhfəsinə verəcək”.

Millət vəkili, həmçinin ATƏT-in DTİHB-nin dəfələrlə seçkilərlə bağlı açıqladığı yekun hesabatlara da toxunub: “Onlar hesabat hazırlayarkən ölkə daxilindəki casuslarına istinad edir. Tam məsuliyyətlə deyirəm ki, onlar casus şəbəkəsidir və bu addım ölkəmizə təzyiq vasitəsidir. Azərbaycan dövlətini ATƏT-in Varşava bürosu ilə əməkdaşlığa son qoymağı təklif edirəm”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti