“Saatı 1 manata dayanmaq olar?”

“Saatı 1 manata dayanmaq olar?”
  27 Dekabr 2013    Oxunub:1063
Millət vəkili Çingiz Qənizadə parlamentin iclasında Bakıda yeni tikilən yeraltı dayanacaqlarda maşınların saxlanılması üçün qiymətlərdin bahalığından şikayət edib.

O, bildirib ki, buna nəzarət olunmalıdır: “Mən qısa danışacam. Tez-tez bu problemlə bağlı şikayətlər daxil olur. Belə ki, tıxacların aradan qaldırılması üçün yeraltı dayanacaqlar tikilir. Amma bu dayanacaqların qiyməti bahadır. Yəni bir saat maşın saxlamaq üçün 1manat ödəməlisən. Orada yaşayan insanlar nə etsinlər bəs? Xahiş edirəm bu məsələni nəzərə alınsın, Bununla bağlı iş görülsün”.

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədovdan cavab gəldi. O, bildirdi ki, həmin dayanacaqlar özəldir, ona görə də onlara demək olmaz ki, qiyməti aşağı salsınlar.

“Əgər onlar görsələr ki, orada maşın saxlayan yoxdur. O zaman bu qiymətlər aşağı düşəcək. Amma yenə də bu haqda danışarıq”-deyə, spiker əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti