Ombudsmanın və hakimlərin maaşı artırıldı
Qanun layihələri haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırda Azərbaycanda büdcədən maliyyələşən dövlət orqanlarının əmək haqının artırılması ilə bağlı tədbirlər görülür.
O, qeyd edib ki, onlardan bir hissəsi prezidentin əmri ilə, digər hissəsi ilə qanuna dəyişiliklə həyata keçirilir. Daha sonra Ə.Hüseynli bildirib ki, “Ombudsman haqqında qanun”a dəyişiklikdə göstərilir ki, ombudsmanın əmək haqqısı 1700 manatdan 2025 manata artırılacaq. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (KM) sədrinin, sədrin müavininin və KM hakimlərinin maaşları 1785 manatdan 2120 manata qaldırılacaq. Ali Məhkəməinin maaşı da 1785 manatdan 2070 manat artırılır. Dəyişiklik 1 dekabr 2013-cü ildən tətbiq ediləcək.
Qanun layihələri səs verməyə qoyularaq, qəbul edilib.
Sevinc İltifatqızı