"Lexus" su arxına düşdü, ölən var

  10 Mart 2020    Oxunub : 1394
"Lexus" su arxına düşdü, ölən var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Astara rayonunun Şahağac kəndində "Lexus" markalı minik avtomobilinin yol kənarındakı su arxına düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Quliyev Fazil Ağarəhim oğlunun meyitini yarıbatmış vəziyyətdə olan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Xilasetmə