Azərbaycan ABŞ-la hərbi sazişin vaxtını uzatdı

Azərbaycan ABŞ-la hərbi sazişin vaxtını uzatdı
  27 Dekabr 2013    Oxunub:799
Azərbaycanla ABŞ arasında imzalanmış hərbi sənədin müddəti uzadılıb. AzVision.az-ın məlumatına görə, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sənəd barədə məlumat verərək bildirib ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə" sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin müddətinin daha 5 il uzadılmasını nəzərdə tutur.

Bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasına səs veriblər.


Teqlər:





Xəbər lenti