33 kq narkotik dövriyyədən çıxarıldı

  10 Mart 2020    Oxunub : 1557
33 kq narkotik dövriyyədən çıxarıldı
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında Mirzəmməd kəndində yaşayan əvvəllər məhkum olmuş Z.Mehrəliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 12 kiloqram 964 qramdan çox mariuxana və 30 kiloqram 750 qram çətənə kolunun hissələri aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN