Tarzənin avtomobilini qarət edən şəxs saxlanıldı

 Tarzənin avtomobilini qarət edən şəxs saxlanıldı
  10 Mart 2020    Oxunub:2758
Yanvarın 12-də günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Tayota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla H.Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin müraciət üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Səbail RPİ Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala RPŞ-nin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə CM-nin 177-ci maddəsi ilə axtarışda olan, 1993-cü il təvəllüdlü Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Tayota” markalı avtomobildən eyni üsulla 1200 manat dəyərində noutbuk oğurlayıb.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti