AXCP İsa Qəmbərin təklifini qulaq ardına vurdu

AXCP İsa Qəmbərin təklifini qulaq ardına vurdu
  27 Dekabr 2013    Oxunub:1486
Bunu AzVision.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmnalı Müsavat Partiyasının əməkdaşlıq təklifinə partiyanın cavabından danışarkən deyib.

O bildirib ki, ötən gün baş tutan toplantıda bu məsələyə baxılsa da, yekun qərar qəbul olunmayıb:

“Qərara gəldik ki, növbəti toplantıda müzakirə olunub qərar qəbul edilsin. Rəyasət Heyətinin toplantısı həftədə bir dəfə olur.Yeni illə bağlı olaraq bayram günlərində toplantının olub-olmayacağı məlum deyil. Ona görə də bu təklifin müzakirəsi növbəti toplantıya qədər təxirə salınıb”.
Qeyd edək ki, Müsavat partiyası rəhbərliyi ilə AXCP rəhbərliyi arasında bir neçə gün əvvəl baş tutan görüşdə Müsavat AXCP-yə əməkdaşlıq sazişi imzlamağı təklif etmişdi.”

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti