Bakı və Sabirabadda avtomobil yanıb

  10 Mart 2020    Oxunub : 1993
Bakı və Sabirabadda avtomobil yanıb
Bakı şəhərinin Binəqədi rayonunda "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Cavad kəndində isə avtomobil təmiri sexində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sex yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın