Ağstafada ikimərtəbəli evdə yanğın olub

  11 Mart 2020    Oxunub : 1676
Ağstafada ikimərtəbəli evdə yanğın olub
Ağstafa rayonunda yanğın baş verib.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın