Millət vəkilləri bir aylıq tətilə çıxdı

Millət vəkilləri bir aylıq tətilə çıxdı
  27 Dekabr 2013    Oxunub:1071
Bu gün Milli Məclisin payız sessiyası başa çatıb. AzVision.az xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov məlumat verib.

Spiker bildirib ki, Milli Məclis bu gündən qış tətilinə çıxır.

Prezident İlham Əliyevə Yeni il və Həmrəylik günü ilə bağlı təbrik məktubu hazırlanması qərara alınıb.

Millət vəkili Sevinc Hüseynova Dünya Azərbaycanlıların Həmrəylik günü ilə bağlı müraciət oxuyub.

Sonda isə Dövlət Himni oxunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti