Koronavirusa yoluxan yüksək vəzifəli şəxslər - ADLAR (FOTOLAR)

  11 Mart 2020    Oxunub : 2492
Koronavirusa yoluxan yüksək vəzifəli şəxslər - ADLAR (FOTOLAR)
Koronavirus epidemiyası dünyanı cənginə alıb. Bu günədək dünya ölkələri üzrə 119 min 284 nəfər yeni növ koronavirusa yoluxub, 4300 nəfər bu virusdan ölüb. İndiyədək 66 min 582 xəstə sağalıb. Yerdə qalan 48402 nəfərdən 42655-nin vəziyyəti qənaətbəxş hesab edilir, 5747 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Koronavirusa yoluxanlar və karantinə alınanlar arasında sadə insanlarla yanaşı yüksək vəzifəli şəxslər də var.

Azvision.az onların siyahısını təqdim edir:

Norveçin Müdafiə naziri Frank Bakke-Yensen koronavirus şübhəsilə karantinə alınıb.



Ağ Ev aparatının yeni rəhbəri Mark Medouz koronavirus daşıyıcısı ilə təmasda olduğuna görə karantində saxlanılır.



Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin virusa yoluxduğu təsdiqlənib.



Avropa Parlamentinin sədri David Sassoli koronavirus şübhəsi ilə karantinə alınıb. O, Brüsseldəki evində həkim nəzarətindədir.



Fransanın Mədəniyyət naziri Frank Riester də koronavirus xəstəsidir.. Hazırda nazirin vəziyyəti sabitdir. Həmçinin, Fransa parlamentinin 5 deputatında virus aşkar edilib.



Böyük Britaniyanın Səhiyyə nazirinin müavini Nadin Doris koronavirusa yoxulduğuna görə karantinə alınıb.



İtaliya ordusunun Baş Qərargah rəisi, general Salvatore Farina yeni növ koronavirusa yoluxub. Hazırda general karantindədir.



İranın birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, Fövqəladə Hallar Təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputatda koronavirus müəyyən edilib.

Virusa yoluxan İran parlamentinin üzvü Zöhrə İlahian sağalıb. Qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam isə dünyasını dəyişib.



Anar Kəlbiyev
Azvision.az

Teqlər: Koronavirus   Nazir   Deputat