Bakıda telefon mağazalarından oğurluq edilib

Bakıda telefon mağazalarından oğurluq edilib
  11 Mart 2020    Oxunub:2971
Bakıda mağazalardan oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsi və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 2 mağazadan ümumilikdə 6 650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq   Bakı   Həbs  





Xəbər lenti