Milli Məclisdən dünya azərbaycanllarına MÜRACİƏT

Milli Məclisdən dünya azərbaycanllarına MÜRACİƏT
  27 Dekabr 2013    Oxunub:952
Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb. AzVision.az xəbər verir ki, parlamentdə millət vəkili Sevinc Hüseynova müraciətin mətnini oxuyub.

Müracətin mətnini təqdim edirik:

“Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanılılar bir-biri və Azərbaycan Respublikası ilə əlaqələrin inkişaf etdirir. Yerli diaspor təşkilatlarının siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunur. Dünya azərbaycanlıları ilə bağların daha da möhkəmləndirilməsi, harada yaşamasından asılı olmayaraq soydaşlarımıza və həmvətənlərimizə qayğı göstərilməsi Azərbaycan dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Hər bir xalqın varlığının təməl şərtlərindən biri onun milli birliyi və həmrəyliyi ilə bağlıdır.
Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olurlar. Getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar. Dünyanın qüdrətli xalqlarından olan Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəliş yolu on milyonlarla soydaşlarımızın və həmvətənlərimizin milli mənlik şüuru əsasında birləşməsindən keçir. Bu gün dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan Respublikası dünya azərbaycanlılarının doğma Vətəni ümid və istinad yeridir.

Odur ki, Avropada, Asiyada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyev rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevilir. Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasına çıxarılması yolunda əldə edilən nailiyytələrlə fəxr edirlər. Azərbaycanın xoşbəxt gələcəyicənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz buna görə xalqımız 2013-cü ilin oktyabrın 9-da keçirilən prezident seçkilərində möhtərəm İlham Əliyevin yenidən dövlət başçısı seçməklə onun həyata keçirdiyi siyasi xəttin Heydər Əliyev kursunun davam etdirilməsi istədiyini bir daha ifadə etmişdir. Dünya azərbaycanlıları Azərbaycanın əldə etdiyi uğurlara sevinməklə birlikdə Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyini səbirsizliklə gözləyirlər. Qarşıda dayanan ən vacib vəzifə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır. Bütün dünya azərbaycanlıları səylərini cəmləşdirsələr bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur.

Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənəmizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlar, dəyərli həmvətənlər! Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafeələrinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hamımınızı təbrik edir və hər birinizə möhkəm can sağlığı, ailə səadəti, Azərbaycanımıza işıqlı gələcək arzulayırıq”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti