Yol kənarında dayanan iki piyadanı maşın vurub

  11 Mart 2020    Oxunub : 1416
Yol kənarında dayanan iki piyadanı maşın vurub
Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qazax rayonunun Aslanbəyli kəndi ərazisində rayon sakini O.Dərgahquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakinləri Ziyad Nəsibovu və Z.Məmmədovu vurub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilib. Z.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza