Abbas Abbasovdan Azərbaycana təbrik

Abbas Abbasovdan Azərbaycana təbrik
  27 Dekabr 2013    Oxunub:1081
“AzərRos” Ağsaqqallar Şurasının sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Dünya azərbaycanlıların həmrəyliyi günü münasibəti ilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli soydaşlarım! Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti adından sizi, bütün dünyada yaşayan və özlərində inam, razılıq və barış ehtiva edən azərbaycanlıları Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edirəm! Qoy həmrəylik günündə bütün azərbaycanlılar xalqın və dövlətin birliyini hiss etsinlər. Harada yaşamağımızdan asılı olmayaraq. Milli birlik və həmrəylik ideyaları birləşdirici dəyər kimi hər birimizin şüurunda olmalıdır. Hər kəsə sağlamlıq, rifah və sakitlik arzulayıram. Qoy həmişə biz mehriban olaq və heç zaman Azərbaycan xalqına mənsubluğumuzu unutmayaq”.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti