Qarabağ qaziləri prezidentin addımını alqışladı

Qarabağ qaziləri prezidentin addımını alqışladı
  27 Dekabr 2013    Oxunub:959
“Bütün hallarda prezidentin addımını müsbət qarşılayırıq. Ali baş komandan qazinin özünə qəsd etməsi hadisəsinə rekasiya verməli idi və verdi də. Biz bunu alqışlayırıq”.
Bunu AzVision.az-a açıqlamasında Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimli bildirib.

Qarabağ qazisi dövlət başçısının bu addımını müsbət qiymətləndirib.

“Həmişə biz Qarabağ qaziləri dövlətimizdən, hökumətimizdən gözləmişik. Hazırda bizi qazinin səhhəti maraqlandırır. Səhhəti ilə bağlı növbəti addımlarımız olacaq. Nə olacaq onun cəmiyyətə açıqlayacağıq. Hələlik heç nə qərar verə bilmirik. Biz onu bilirik ki, bunun ailəsi, valideyni var. Onlar hansı qərar qəbul edəcək, necə olacaq mən bilmirəm. Çətindir. Çünki onun yaşama şansı çox azdır. Amma bütün hallarda biz gözləyirdik ki, ali baş komandan hansısa bir reaksiya verəcək. Biz düşünürük ki, bu, prezidentin reaksiyasıdır və prezidentin addımını müsbət qarşılayırıq”- deyə R. Kərimoğlu bildirib.

Qeyd edək ki, prezidentin məsələyə müdaxiləsindən sonra Qarabağ müharibəsi əlili Zaur Həsənova birdəfəlik 100.000 manat verilib və hər ay 1500 manat ödəniləcək.


Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti