Nazirlik Rəsulzadənin yubileyinə hazırlaşır

Nazirlik Rəsulzadənin yubileyinə hazırlaşır
  27 Dekabr 2013    Oxunub:954
“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı nazirlikdə iş gedir, tədbirlər planı hazırlanır”.
Bu barədə AzVision.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, tədbilər planı hazır olduqdan sonra bu barədə mətbuata ətraflı məluamt veriləcək.

Qeyd edək ki, president İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı noyabrın 22-də sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlamaq tapşırılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti