Şamaxı sakini kirayə qaldığı evdən oğurluq etdi

  12 Mart 2020    Oxunub : 1461
Şamaxı sakini kirayə qaldığı evdən oğurluq etdi
Ötən ilin dekabr ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın evindən qızıl-zinət əşyalarının və bank kartının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 27 yaşlı Asif Mustafayev saxlanılıb.

O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, həmin oğurluğu Şəkidə qadının evində kirayə qaldığı zaman etdiyini, daha sonra oğurladığı qızılları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN