FHN çarpayıdan yıxılan ağırçəkili şəxsə kömək edib

FHN çarpayıdan yıxılan ağırçəkili şəxsə kömək edib
  13 Mart 2020    Oxunub:1707
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Mənzil   Kömək  





Xəbər lenti