Oğuzda dağlıq ərazidə yanğın söndürülüb

  12 Mart 2020    Oxunub : 760
Oğuzda dağlıq ərazidə yanğın söndürülüb
Oğuz rayonunun Mollalı kəndi yaxınlığında dağlıq ərazidə üç hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı alovdan mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın