Salyanda intihara cəhdin qarşısı alınıb

  13 Mart 2020    Oxunub : 683
Salyanda intihara cəhdin qarşısı alınıb
Salyan rayonunda bir nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az

Teqlər: FHN   İntihar   Salyan