23 yaşlı qız burun əməliyyatında öldü

 23 yaşlı qız burun əməliyyatında öldü
  13 Mart 2020    Oxunub:3021
Qax Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar xəstəxanaya müraciət edib.

Əməliyyat zamanı qızın vəziyyəti pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Qax   Xəstəxana  





Xəbər lenti