Ağcabədidə oğlunu öldürən ata həbs edildi

  Ağcabədidə oğlunu öldürən ata həbs edildi
  13 Mart 2020    Oxunub:1778
Fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ağcabədi rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, istintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti