Axtarışda olan 49 nəfər saxlanıldı

Axtarışda olan 49 nəfər saxlanıldı
  13 Mart 2020    Oxunub:1636
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət   Kriminal  





Xəbər lenti