İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
  28 Dekabr 2013    Oxunub:1243
İlham Əliyev Azərbaycan və Belarus XİN-ləri arasında məsləhətləşmələr Planı haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" nəzərə alınsın.
Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Planın müddəalarını həyata keçirmək tapşırılıb.


Teqlər:





Xəbər lenti