Bakıda iki avtomobil yanıb

Bakıda iki avtomobil yanıb
  14 Mart 2020    Oxunub:2615
Bakı şəhərinin Nəsimi rayonunda "Volkswagen" markalı minik avtomobilinin salon və arxa hissəsi yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön hissəsi əriyib.

Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti