İdman kompleksindəki uçqunla bağlı rəsmi AÇIQLAMA

İdman kompleksindəki uçqunla bağlı rəsmi AÇIQLAMA
  28 Dekabr 2013    Oxunub:1295
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “Lokomotiv” idman kompleksində partlayış hadisəsi baş verib. Dərhalnazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Lokomotiv” idman kompleksinin qazanxanasında qaz sızması nəticəsində partlayış baş verib və 2 nəfər uçqun altında qalıb.
Xilasedicilər hadisə yerinə çatana kimi xəsarət almış 1 nəfər vətəndaşlar tərəfindən uçqun altından çıxarılaraq xəstəxanaya aparılıb. Digər vətəndaş 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə uçqun altından çıxarılıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ş.Məmmədovun vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:34-də başa çatıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti