62 cinayətin üstü “isti izlər”lə açılıb

  16 Mart 2020    Oxunub : 625
62 cinayətin üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət   Kriminal