Axtarışda olan şəxs oğurluğa görə tutuldu

Axtarışda olan şəxs oğurluğa görə tutuldu
  16 Mart 2020    Oxunub:1351
Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-nə keçən gecə Q.Qarayev prospektindəki mağazaların birindən pul, 1150 manat dəyərində 1 ədəd velosiped və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini A.Həsənov saxlanılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti