Biləsuvarda ağır yol qəzası - Ölən var

 Biləsuvarda ağır yol qəzası -    Ölən var
  17 Mart 2020    Oxunub:2625
Biləsuvar rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1980-ci il təvəllüdlü Allahyarov Elnur Rəsul oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza   Biləsuvar  





Xəbər lenti