Abşeronda kişi arvadını bıçaqladı

  17 Mart 2020    Oxunub : 732
Abşeronda kişi arvadını bıçaqladı
Abşeron rayonunda bıçaqlanma olub.
Azvision.az xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib.

Belə ki, Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb. Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az

Teqlər: Abşerona   Bıçaqlanma   Qadın   Kişi